
Ata işdən çox yorğun halda evə gəldi. Oğlu ona yaxınlaşdı.
Uşaq: Ata, bir şey soruşa bilərəm?
Ata: Soruş..
Uşaq:Ata bir saatda nə qədər pul qazanırsan?
Ata: Bu sənin işin deyil..
Uşaq: Ata xahiş edirəm, bilmək istəyirəm..
Ata: Bilmək istiyirsənsə, 10 manat..
Uşaq: Bəs mənə 5 manat borc verə bilərsən?
Ata: Mənim sənin oyuncaqlarına və ya oxşar şeylərinə ayıracaq pulum yoxdu. Tez otağına get və qapını bağla ...
Uşaq səssizcə otağına qalxıb qapını bağladı.
Ata əsəbi halda "Bu uşaq necə belə şeylərə cəsarət edər?" deyə düşündü. Aradan bir saat keçdikdən sonra ata bir az sakitləşdi və uşaqdan pulu nəyə istədiyini belə soruşmadığını düşündü: "Bəlkə də həqiqətən lazımdı"...
Yuxarı uşağının otağına çıxdı və qapını açdı...
Yatağında olan uşağa, "Yatmısan?" deyə soruşdu. Uşaq "Xeyr" deyə cavab verdi...
"Al, istədiyin 5 manat. Səninlə az öncə sərt davrandığım üçün pis oldum. Bu gün həmişəki kimi uzun və yorucu bir gün keçirdim" - deyə söylədi.
Uşaq sevinclə qışqırdı, "Təşəkkürlər ata!"... Bu vaxt o, yastığının altından digər əzik pulları çıxardı. Atasının üzünə baxdı və yavaşça pulları saydı.
Bunu görən ata əsəbləşərək, "Pulun olduğu halda niyə məndən istəyirsən?" - deyə əsəbi halda soruşdu.
Uşaq:
"Pulum var idi amma yetərincə yox idi"
Sonra üzündə xəcalətli bir təbəssümlə pulları atasına uzatdı və dedi:
"Budur 10 manat... Sənin bir saatını ala bilərəm? Sabah 1 saat tez gələ bilərsən? Səninlə axşam yeməyini bərabər yemək istəyirəm.''
P.S. Bir müsəlman və ya ümumiyyətlə bir insan, bir ata olaraq, hamımızın boynunda övladımızın, ailəmizin haqqı var. Onlara da vaxt ayırmaq, onlara maddiyyatdan əvvəl dəyər vermək lazımdır... Ailənizin qədrini bilin!


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1