Müqəddəsdir müqəddəslər içində, Öz işində bir ustadir müəllim..Biganə işlərə yaddır müəllim. Bir parlaq günəşdi,o sönən deyil, Xeyirxah əməldən,o dönən deyil. Əgər dindirməsən,o dinən deyil, Dinəndə alovdur,oddur müəllim. Nəzər salaq gələcəyə,keçmişə, Bəxş edibdir hər yetənə bir peşə. Böyük aqillər də deyib həmişə, Ən yüksək,şərəfli addir müəllim.