“Vallah, məəttəl qalıram insandakı “abır”a!!! Dünən Qənirə xanımın
comərdliyini gördüm. Türkiyədə Rasim Balayevi ziyarətə getmişdi, bunun
sıradan ziyarət olmadığını hamımız yaxşı bilirik! Ürəyim dağa döndü.
Kişilik budur, “direktiva” gözləmədən, heç kimin əlinə, ağzına baxmadan
iki daşın arasında əlindən gələni eləmək! Xalq artistini də diqqətdə
saxlamaq, zorlanan qız uşağını da, əsgər anasını da, şəhid qəbirini də,
ölkənin adını da, bayrağımı da!!! Budur layiqli övlad olmaq, layiqli
vəzifəsini yerinə yetirmək və öhdəsindən gəlmək!”
Xəbərç
i.az məlumat verir ki, bu sözləri Xalq artisti
Flora Kərimova millət vəkili Qənirə Paşayevanın bu günlərdə Xalq artisti
Rasim Balayevi ziyarət etməsinə münasibət bildirərkən deyib.
F.Kərimova Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın Milli
Məclisdə Rasim Balayev haqqında danışmasını isə birmənalı
qarşılamadığını qeyd edib:
"Bu xəbəri gördükdə, keçən həftənin icmalını silkələyən, 40 ilə yaxın
deputat kürsüsünu zəbt edən, xalq artisti Zeynəb Xanlarovanın Rasim
Balayev və Azərbaycan müəllimi barəsində dediklərinə göz yuma bilmədim.
Susa bildiyim qədər susdum ki, yenə deməsinlər, Flora Kərimova polemika
axtarır, qaşınmayan yerdən qan çıxardır və ya kiminsə bostanına daş
atır! Bildiyim qədəri ilə insanın həyatı boyu xasiyyəti dəyişmir,
hədəfləri dəyişir. İldə-fəsildə bir fikrə, bir düşüncəyə xidmət
eləmək...?! İllah da səksəndən sonra!
Birinci gələk şabalıd satan müəllim mövzusuna… Deyən gərək qocalaydın
ki, ürəyin "yumşalaydı"!? Pensiya vaxtını azaltdığın, uşaq pulunu
kəsdirdiyin, maaşının artırılmasına etiraz etdiyin müəllimlər illər
sonra Türkiyədə acınacaqlı görüb halına acıyaydın!? Müəllimə bu rəzaləti
layiq bilib sonra başını sığallamaq... Kimə gərəkdir?
Ağbirçək olasan, 25 ilə yaxın müharibə şəraitində yaşayan dövlətə
birbaşa "xidmət” edəsən və bütün titulları alasan, müharibə astanasında
müharibədən dönəsən, yüzə yaxın şəhidin ola… Sən gedib ermənilərlə sülhə
qoşulasan?
Nə qədər özünü mənasız və cılız, yaxşı göstərib silahdaşlarıni
küçümsəmək olar!? Ayıbdır, amma dahası olmamalıdır! Bəs sən niyə elə
orda, dediyin qədər ürəyin yanırdısa o "qanın qaynadığı”, acıdığın
İstanbulda şabalıd satan müəlliminə cüzi də olsa bir yardım etmədin, ya
da xalq artistinə. Vicdanın varsa, sus və heç yaxşılıq eləmə! 40 ildə
eləmədinsə bundan bele də cəhd etmə bil ki, ziyanın dəyir”.
Нет комментариев