1. Zivə - Paltarları asmaq üçün istifadə olunan ipə bakılılar ''zivə'' deyirlər. ''Zivədən paltarları yığ!'' cümləsini eşitsəniz, təşvişə düşmədən işə başlaya bilərsiniz.
2. Nöş, nöşün - “Nə üçün” sözünün canlı dildə işlənən qeyri-müəyyənlik bildirən təhrif edilmiş forması.
3. Mömə - adətən anaya, bəzi hallarda isə nənəyə edilən müraciət forması. “Mömənin yanından gəlirəm,” cümləsini eşitsəniz, bilin ki bakılı dostunuz indicə doğmalarının görüşündən gəlir.
4. Masqura - Balaca kasa.
5. Peyğəmbəri - Qarğıdalı yeməyi sevirsinizsə, bu sözü də yadınızda saxlamağı sizə tövsiyə edirik. Bakılılar qarğıdalıya peyğəmbəri deyir.
6. Abgərdən - sulu yeməyi tökmək üçün istifadə edilən vasitəyə bakılılar bu adı qoyublar.
7. Külafrəngi - adətən bağ yerlərində ən hündür yerdə salınan eyvan formalı istirahət yeri. Bakılıların ən sevimli istirahət yeridir desək, yəqin ki yanılmarıq.
8. Əziz-girami - çox doğma və əziz adam haqqında işlədilən sözdür. Əziz-xələf kimi bir digər versiyası da mövcuddur.
9. Belənçiynə - belə sözünün maraqlı formada uzadılmış versiyasıdır.
10. Şüvən - həyasız adamlara adətən bakılılar şüvən (düzgün yazılışı - şivən) deyirlər. “Filankəs çox şüvən adamdır,” adətən heç nədən söz çıxaran, hər sözü söz edən adamlar haqqında deyirlər.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев