Предыдущая публикация
Dərdə müştaq olmayan kimdir ki, dərman istəyə?
Qəbləlmövti bilməyən, sən sanma ki, can istəyə.
Cövhəri olmaq gərəkdir, cövhəri bulmaq gərək,
Hər kimin könlündə vardır vara ol kan istəyə.
Can ilə, dünyavi üqba hər kim ol tərk etmədi,
Müddəidir, sanma kim, ol vara canan istəyə.
Xizrlə zülmatını tanımayan heyvan kimi,
Hə bilə kim, qanda vara, abi-heyvan istəyə?
Kim əvvəl tanımadı kəndi vücüdi şəhrini,
Ol gədahimmət nə yoldan varə sultan istəyə?
Ənbərin zülfü anın kim ki, dolaşdı boynuna,
Başı top olsun anın gör özgə çövkan istəyə.
Zülfünün küfrün əgərçi əhli-fəzl iman bilir,
Ey Nəsimi, sanma sən kim, kafir iman istəyə.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев