Öz xalqı üçün of demədən milyonlarını xərcləmiş Hacı Zeynalabidin Tağıyevin ömrünün son günləri idi. Bütün əmlakı, var-dövləti bolşeviklər tərəfindən əlindən alınaraq tamamiylə talanmış Hacı Zeynalabidin, kifayət qədər kasıblamış vəziyyətə salınmışdı. Onun ailəsinin cəmi bir qulluqçusu axıra qədər Hacıya sadiq qalaraq heç bir yerə getməmiş, eləcə onlarla birlikdə yaşayırdı.
Bir gün Hacı öz qulluqçusuna bir qədər pul verir ki, dolma bişirmək üçün dükandan düyü və ət alıb gətirsin. Qulluqçu dükana gedib qayıdır və yemək hazırlamağa başlayır. Yemək hazır olur. Süfrə başında Hacı yemək yeyərkən görür ki, dolmada bircə qram da olsun ət yoxdur. Dolma tamamiylə ətsizdir, yəni büs-bütün düyü və göyərtidən ibarətsir. Odur ki, qulluqçudan niyə ətsiz dolma bişirməsinin səbəbini soruşur. Qulluqçu kədərli gözləriylə Hacıya baxaraq pərişan halda deyir:
-Hacı ağam, Vallahi utandım sizə deməyə. Getdim dükandan ət və düyü alım. Dükan sahibi pulu məndən alıb düyü verdi, amma ət vermədi. Ətin pulunu borca çıxdı. Dedi ki, Hacıya deyərsən dükana olan borcu çoxdur. Günü-gündən də borcu yığılır üst-üstə. O üzdən ət verə bilmərəm...
Böyük xeyriyyəçi insan Hacı Zeynalabidin Tağıyev bu hadisənin səhəri günü gözlərini əbədi yumaraq dünyasını dəyişdi...
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Комментарии 10
Мән буну охуйуб кәдәр һисси кечирдим, вә бунун "Класс" дейиб ногтәни басмаға әлим қәлмәди.
Билмәк истийердим "КЛАСС" нә дейән шейди бу мәгалә үчүн.
Мән биләни "КЛАСС" Әла демәкди. Зейналабдин Тағыйевин белә бир ағыр қүнү кимә "ӘЛА" қәлир?