1943-cü ilin noyabrında Əli Babayev İtaliyanın şimalında yerləşən Udine şəhərindəki əsir düşərgəsindən bir qrup hərbi əsirlə, İtalyan kommunistlərinin köməyi ilə düşərgədən qaçıb. 25 mart 1944-cü ildən italyan partizanlarına qoşulub. Sovet ordusunun hərbi əsirlərindən ibarət Çapayev batalyonunu yaradıb və komandiri olub. İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatında fəal iştirak edib, Harribaldi adına batalyonun komandiri olub, döyüşlərdəki igidliyinə görə İtaliyanın "Hərbi şücaətə görə" gümüş medalı ilə təltif olunub. 1951-ci ilin yanvarında Bakıda Azərbaycan legionunun üzvü kimi həbs edilib və həmin ilin noyabrında hərbi məhkəmə tərəfindən "vətən xaini" damğası ilə əmlakı müsadirə olunaraq 15 il azadlıqdan məhrum olunub. Stalinin ölümündən sonra əfv edilib.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев