Bu gün Sevil Əmirovanın 71 yaşı tamam olur. Adı atası Fikrət Əmirovun 1953-cü ildə yaratdığı "Sevil" operasının qəhrəmanı ilə bağlıdır. 2019-cu ilin noyabr ayından Brüsseldə qeydiyyatdan kecmiş "Fikrət Əmirov Beynəlxalq Assosiasiya"sının həmtəsisçisidir. Fikrət Əmirov irsinin qorunub saxlanılması, Azərbaycan klassik musiqisinin və zəngin incəsənətinin xarici ölkələrdə təbliğ edilməsinə yönəldilmiş fəaliyyəti dövründə Bakı Musiqi Akademiyasında Fikrət Əmirov adına nəfəs alətləri müsabiqəsinin keçirilməsinə dəstək olmaqla yanaşı onun təşəbbüsü və təşkilatcılığı ilə Avropanın Brüssel, Afina, Maastrix, Amsterdam, Haaqa və.s şəhərlərində müxtəlif illərdə Azərbaycan mədəniyyətinin təbliği ilə baglı, çoxsaylı konsert, yaradıcılıq gecələri, təqdimat, sərgi və müxtəlif tematik tədbirlərin keçirilməsinə nail olub.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев