Mahnının sözləri Neşenin yaşadıqları ilə o qədər üst-üstə düşür və sənətçi ifanı o qədər ürəkdən oxuyur ki, diqqətli dinləyici sənətçinin səsindəki yanğını və acını rahatlıqla duya bilər.
1974-cü ildə əri, produser və biznesmen Ali Alpsakarya Neşedən ayrılaraq bacısı, daha bir əfsanə sənətçi Gülden Karaböceklə evlənmişdi.
Neşe 1 il sonra məşhur jurnalist Tevfik Yenerlə evlənsə də, Alini heç vaxt unuda bilmir və bu ifanı səsləndirir.
İfa Türkiyədə bir nömrəli xitə çevrilsə də, Neşe heç vaxt onu Ali üçün oxumadığını, başqasının yazdığı sözlər olduğunu və bəyəndiyi üçün ifa etdiyini bildirir.
Yalnız 2008-ci ildə, Ali Alpsakaryanın ölümündən sonra TV kanallarından birində bu mahnını oxumaqla, əsl səbəbkarın kimliyini etiraf etmiş olur.
P.S Neşedən daha əvvəl bacısı, Gülden 1984-cü ildə Türkiyə musiqisinin əfsanə hitlərindən olan "Sen evlisin" mahnısını oxumuşdu.
Dönəmin musiqi dünyası tənqidçiləri Neşenin ifasının əslində Güldenin ifasına cavab olduğunu yazırdılar.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев