1979-cu ildə gənclər arasında dünya çempionu, 1986-cı ildə Dünya Kubokunun ən yaxşı oyunçusu seçilib. 1979 və 1980-ci illərdə Cənubi Amerikada ilin futbolçusu adını qazanıb. FİFA-nın rəsmi saytında səsvermə yolu ilə 20-ci əsrin ən yaxşı futbolçusu 53,6% səs toplayıb; FİFA Futbol Komissiyasının məlumatına görə isə, Maradona 20-ci əsrin 3-cü futbolçusudur. Argentina millisi ilə milli komanda karyerasında 91 oyun keçirib və 34 qol vurub. Maradona dörd FIFA Dünya Kubokunda iştirak edib. Argentina millisi ilə 1986-cı ildə Meksikada keçirilən Dünya Kubokunda Argentinanın kapitanı olur və gözəl oyunu ilə onları Qərbi Almaniya üzərində qələbə qazandıqları finala daşıyır. Maradona bu turnirdə turnirin ən yaxşı oyunçusu kimi Qızıl Topu qazanıb.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев