Ötən il noyabrın 3-də Gürcüstanın 1TV.GE telekanalında yayımlanmış "Natalia & Datuna" şou proqramında Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur "Basqalı" rəqsi ilə müşayiət olunan mahnı "Somxuri şalaxo"- "erməni şalaxosu" kompozisiyası kimi təqdim olunub. Bu il sentyabr ayının 14-də isə Gürcüstanın digər televiziya kanalı İMEDİ-də yayımlanan "Tsveni şou" proqramında da "Basqalı" Azərbaycan rəqsinə (musiqisinə) yazılmış və Dodona Namoradzenin ifa etdiyi mahnı yenə "erməni şalaxosu" adı altında təqdim olunub.
Əqli Mülkiyyət Agentliyi bununla bağlı Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi "SAKPATENTİ"nin rəhbərliyinə etiraz məktubu göndərib.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1