Amma müfəttiş şairə adicə oturmağı belə təklif etmir. Söhbət bitdikdən sonra isə bir saatdan çoxdur ayaq üstə duran Nazim Hikmətə "gedə bilərsən" deyir...Nazim Hikmət qapıdan çıxarkən bir anlığa geri dönür və müfəttişdən soruşur:
-Ömər Xəyyamı tanıyırsız?
-Əlbəttə, onu tanımamaq olar?
-Bəs, Ömər Xəyyamın dövründə padşah kim olub, beyə bilərsiz?
Müfəttiş bu gözlənilməz sualdan bir qədər karıxır, təəccüblənir və cavab verə bilmir.
Nazim Hikmət deyir:
- Görürsünüz, sənətkarı xatırladınız, amma ona zülm edən padşahı heç xatırlamadız. Vaxt gələcək nə ədliyyə nazirini xatırlayacaqlar, nə də sizin kimi müfəttişi. Amma mənim adımı ən azı türk xalqı hər zaman xatırlayacaq...

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев