hər dəfə əlindəki çır-çırpını, odun parçalarını yerə döyəcləyib sonra atardı puça. O qədər elə görmüşdüm ki, ağlım kəsmirdi soruşam, niyə odunları atmamışdan gah manqala çırpırsan, gah yerə döyəcləyirsən.
Çox illər keçdi, nənəm həyatda yoxuydu, kəndə getmişdim. Gördüm.. qohumumuz rəhmətlik Suqra xala da quru ağac budaqlarını, qamqalaqları əvvəl yerə döyəcləyib, sonra puça atır. Maraqla səbəbini soruşanda, cavabına ağladım və bunu yazarkən yenə də o əvvəlki hissləri keçirib kövrəldim. Suqra xala dedi ki,
-bəs bilmirsən, kənddə hamı elə eliyir. odunları, çırpıları yerə vururuq ki, birdən aralarında cücü, böcək olar, qoy tökülüb qaçıb getsinlər, ocaqda yanmasınlar..
O qədər susdum, susdum ki, göz yaşlarından başqa söz tapmadım deməyə.
Biz belə insanların içində böyüdük, daha böyüyə bilmirik. çün.. odunları, quru budaqları çırpıb puça atan adamlar qalmayıb.
Esmira Mehiqızı
P.S. İndi nəinki quru budaqları,hətta yaşayan yaşıl ağacı of demədən doğrayan insanların əhatəsindəyik.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1
Bizdə də nənəm odunlari,çirpardi bir -birinə .
Onan bizdə də adət qalmişdi..
Gözəl, kövrək mə'nali uşagliq xatirəsidir.
_
Bolüşdüyünüz üçün minnətdariq.
_
Belə ibrətli həyat dərsini yaşamişlarda qalib nə qalibsa...
_
Yaş odun məsıləsinə gəldikdə)
Satiş üçün olar,,,
Qazimiz yoxduda onan))