Allah rəhmət eləsin!
Hacıbaba Hüseynov
“Muğamat var olan yerdə”
Yaranmışdır muğamatım əcəbdir şux qəzəllərdən,
Qəzəllər ixtilat eylər qara gözlü gözəllərdən,
Gözələr imtina etməz bu sevdaya dözənlərdən,
Həmişə şad olar dillər kamança, tar olan yerdə.
Sədayi müsiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə.
Muğamat olmasa rövnəq gələrmi bəzmi irfanə,
Məqami eşqdə şəmdir, mən ol şəmə pərvanə,
Əyər rişxəndilər etsə bizə hər naşi biganə,
Yəqindir qoymazdığ gəzsin çəmən gülzar olan yerdə.
Sədayi müsiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə.
Bütün xalq musiqisində bu dəsgahdan əlamət var,
Tamamən mahnı təsnifdə bu babətdən şərafət var,
Bunu dərk etməyənlərdə yəqin ey dil qəbahət var,
Amandır qoymayın bülbülü ötsün xar olan yerdə.
Sədayi müsiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə.
Gərəkdir xalq arasında muğamatım sədalansın,
Muğamatın sədasından sevən dostlar səfalansın,
Nəvası şuri şəhnazın deşur ilə nəvalansın,
Qəmin olmaz sənin Hacı qəmər, qəmxar olan yerdə,
Sədayi müsiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 8
Ruhu şad olsun.
Kifayet qeder deyendeki, 40 temiz var))
Uwag vaxti Atam Hacibaba muellimin mahnilarini zum-zume ederdi..
Onan cox sevirem...