O, texnologiya, teatr və kinoya həvəsli Vyana yəhudisi idi. Karyerasına Hollivuddan əvvəl Almaniyada başlayıb. Nasistlərdən qaçıb Amerikaya gedəndən sonra dünyanın ən gözəl qadını kimi tanınıb. Onun şəkillərindən nə qədər gözəl, kinolarından isə nə qədər istedadlı olduğunu görürük.
Bu gözəl aktrisanın həm də raket telekommunikasiya sistemini ixtira edib patentləşdirən rabitə mühəndisi olduğunu Hollivudda çox az adam bilir.
O, Hollivudun ən önəmli ulduzlarından birinə çevrilir və bir müddət sonra onun taxtı Merilin Monro tərəfindən sarsılır.
Elmlə maraqlanmağa başlayandan sonra isə dövrünün ən mühüm alimlərindən biri olmağı bacarır. O, gizli rabitə sistemi kimi də tanınan tezlik atlama yayılması spektrini (FHSS) icad edir. Onun ixtirası İkinci Dünya müharibəsi zamanı rədd edilir. Hollivud cəmiyyəti də ondan uzaqlaşır və heç kim onun üzünə belə baxmır.
Mobil telefon və internet icad edildikdən sonra Lamarrın ixtirası dəyər qazanmağa başlayır və Wi-Fi texnologiyasının əsasını qoyur.
Bir sözlə, bu gün mobil telefonları, kompüterləri və planşetləri kabelsiz şəbəkələrə qoşa biliriksə, bunu bu gözəl qadına borcluyuq.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1