Rəsulun izindən elə yeri ki,
Görənlər Haqq yola,qurban desinlər.
Əxlaq libasını qəlbdən bürü ki,
Mələklər bu qula, heyran desinlər...
...
Unutma atanı, qoru özünü,
Ölçərək, biçərək, söylə sözünü.
İçdən təbəssümlə süslə üzünü,
Sənsən könlümüzdə, sultan desinlər...
...
Sən mömin oğlusan, sən mömin qızı,
Qaranlıq gecənin, parlaq ulduzu.
İnsana xidməttə kəsmə ki sızı,
Adına dünyada, ihvan desinlər...
...
Yaşatma yurdunda xain olanı,
Nə sultanı qalsın, nə də ilanı.
Göylərin qartalı, yerin aslanı,
Bu Haqqın öydüyü, insan desinlər...
...
Getdiyin yerlərə, sevgini daşı,
Gönül baharınla, sovuşdur qışı,
Gün gələr, tutarlı etdiyin aşı,
Ardından yaşayan, dastan desinlər.............(İlhamə Abbas Yusifqızı...)
#İlhaməAbbasYusifqızı
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 5
QIRMIZI PAPAQLA DOĞULAN QIZ...
“Ürəyinin soyuqluğu qədər gözlərinin istiliyi var, necə olacaq bu iş?” dedi. Ürəyim soyuq idi, gözlərimdən istilik verirdim, əllərim soyuq idi, ruhum isə istilik vermək üçün can atırdı. Gözlərimi qaldırıb, səmaya baxdım. Susmaq qərarına gəlmişdim. Hər dəfə belə edirəm – ən vacib məqamlarda ilişib qalıram, söz tapsam da, onu deyə bilmirəm.. Heç nə. Qəribə hisslər gəlir adama qəfildən. Mən də qəfildən bunun son şansım olduğunu hiss etdim. Hiss etdim ki, yapışmalıyam bərk-bərk bu dəfə, buraxmamalıyam xoşbəxtliyimi.. BU xoşbəxtlik məni ya məhv edəcək, ya yaradacaq yenidən.
Yaxınlaşdım canavara, amma qırmızı papağımı çıxardım. Fikirləşdim ki, bəlkə də beləcə nağılın sonunu dəyişdirərəm. Bu dəfə daha çox “canavar” mənəm, daha məsum odur deyə düşündüm. Canavar mənə baxdı, sonra papağıma.. “Böyümüsən, gözəlləşmisən, daha balaca qızcığaz deyilsən.” dedi. Mən bu canavarı çoxdan tanıyırdım. Ona deyə bilmirdim ki, mənim ürəyimin də, əllərimin d
...ЕщёQIRMIZI PAPAQLA DOĞULAN QIZ...
“Ürəyinin soyuqluğu qədər gözlərinin istiliyi var, necə olacaq bu iş?” dedi. Ürəyim soyuq idi, gözlərimdən istilik verirdim, əllərim soyuq idi, ruhum isə istilik vermək üçün can atırdı. Gözlərimi qaldırıb, səmaya baxdım. Susmaq qərarına gəlmişdim. Hər dəfə belə edirəm – ən vacib məqamlarda ilişib qalıram, söz tapsam da, onu deyə bilmirəm.. Heç nə. Qəribə hisslər gəlir adama qəfildən. Mən də qəfildən bunun son şansım olduğunu hiss etdim. Hiss etdim ki, yapışmalıyam bərk-bərk bu dəfə, buraxmamalıyam xoşbəxtliyimi.. BU xoşbəxtlik məni ya məhv edəcək, ya yaradacaq yenidən.
Yaxınlaşdım canavara, amma qırmızı papağımı çıxardım. Fikirləşdim ki, bəlkə də beləcə nağılın sonunu dəyişdirərəm. Bu dəfə daha çox “canavar” mənəm, daha məsum odur deyə düşündüm. Canavar mənə baxdı, sonra papağıma.. “Böyümüsən, gözəlləşmisən, daha balaca qızcığaz deyilsən.” dedi. Mən bu canavarı çoxdan tanıyırdım. Ona deyə bilmirdim ki, mənim ürəyimin də, əllərimin də soyumağına səbəb sənin bir vaxtlar məni yeməyindir. Yedin məni – ruhumu yedin, bədənimi yedin, ürəyimi yedin, uşaqlığımı yedin, sevgimi yedin.. İndi yenidən doğulmuşam. Amma nə edirəmsə də, nə əllərim, nə də ürəyim isinmir. İnanmışdım axı sənə, sən isə məni yemişdin. İndi daha inana bilmirəm. İndi sən qocalmısan, mən böyümüşəm. İndi sən mənə möhtacsan, mən isə özümə. Mən böyümüşəm, MƏN SƏNDƏN BÖYÜMÜŞƏM, MƏN SƏNİ BÖYÜMÜŞƏM..
Papağımı çıxarıb, canavara yaxınlaşdım. Nağılın sonunu dəyişmək istədim. Yaxınlaşdım, yaxınlaşdım.. Canavar məni qucaqlamaq üçün üstümə atlandı.. Amma birinci əlimi yedi, sonra ürəyimi, sonra da bütün bədənimi.. Yenə yedi məni.. Mən gücləndiyimi düşünürdüm, amma canavar ola bilməmişdim. Canavarım yenə yedi məni.
Qırmızı papağım yerdə qalmışdı, br az qan sıçramışdı üstünə. Qəzəbimdən o bir para qandan yenidən doğuldum. Bu dəfə ürəyim isti, gözlərim soyuq idi. Canavara arxadan yaxınlaşmaq lazım olduğunu bilirdim daha . Yaxınlaşdım, yaxınlaşdım.. və canavar öldü..
Canavar öldü. Qız böyüdü. İçində gizli bir yerlərdə olan canavar da böyüyürdü amma… Neçə insanın qəlbini yeyəcək bir canavar.........(İlhamə Abbas Yusifqızı...)
QURDLAR SÜFRƏSİNDƏ MƏNİ...
...
Parça-parça bölüşdülər,
Ara-sıra çəkişdilər.
Keyiflə yeyib-içdilər,
Qurdlar süfrəsində məni...
...
Qazan-qazan qaynatdılar,
Bazarda alıb-satdılar,
Hönkür-hönkür ağlatdılar,
Qurdlar süfrəsində məni...
...
Əllərimi bağladılar,
Ürəyimi dağladılar,
Kürəyimi yoxladılar,
Qurdlar süfrəsində məni...
...
Kimlərsə tələlər qurdu,
Ağlınca məni qorxutdu,
Bölüb, parçalayıb uddu,
Qurdlar süfrəsində məni...
...
Yusifqızı paralandı,
Saxta dostlara inandı,
Dost da, düşmən də sınandı,
Qurdlar süfrəsində məni..........(İlhamə Abbas Yusifqızı...)
.. İnsan dünya sirrinə vaqif olandan dünyadan iki əlli yapışdı. .İnsanın sirr bilib vaqif olduğu həqiqətdə bəzəkli oyuncağın görsənən tərəfidir. ..Hər gözəlliyin ardında açılması çətin olan sirrlər yatır. İnsan onun gözündə gözəl görsənən bu bəd heybətin üzünü görməmək üçün batini gözlərini kor etdi. Qabusnamədə belə bir rəvayət oxumuşdum: .Birini bir bəd heybət qovur... İnsan bu bəd heybətdən qurtulmaq üçün özünü quyuya atır.. Kəndirdən asılı qalan insan iki ağ +qara siçanın ipi gəmirdiyini görür. Yuxarı qalxa bilmir, bəd heybət quyunun ağzında oturub, aşağı düşə bilmir, aşağıda bir əjdaha oturub, ağzından alov püskürür. Quyunun divarlarından bal axır. .İnsan çarəsizdir aşağıda ölüm, yuxarıda ölüm, divardan axan bal... Hər an öləcəyini bildiyi halda divardan axan baldan barmaqlayıb ağzına qoyur. ..İnsanı qovan ölümdür, quyu dünyadır, kəndir ömürdür, ağ + qara siçan günlərdir, divardan axan bal dünyanın şirinliyi, aşağıdan qalxan alov cəhənnəm atəşi...
Həqiqətdə dünya sirrinə
...Ещё.. İnsan dünya sirrinə vaqif olandan dünyadan iki əlli yapışdı. .İnsanın sirr bilib vaqif olduğu həqiqətdə bəzəkli oyuncağın görsənən tərəfidir. ..Hər gözəlliyin ardında açılması çətin olan sirrlər yatır. İnsan onun gözündə gözəl görsənən bu bəd heybətin üzünü görməmək üçün batini gözlərini kor etdi. Qabusnamədə belə bir rəvayət oxumuşdum: .Birini bir bəd heybət qovur... İnsan bu bəd heybətdən qurtulmaq üçün özünü quyuya atır.. Kəndirdən asılı qalan insan iki ağ +qara siçanın ipi gəmirdiyini görür. Yuxarı qalxa bilmir, bəd heybət quyunun ağzında oturub, aşağı düşə bilmir, aşağıda bir əjdaha oturub, ağzından alov püskürür. Quyunun divarlarından bal axır. .İnsan çarəsizdir aşağıda ölüm, yuxarıda ölüm, divardan axan bal... Hər an öləcəyini bildiyi halda divardan axan baldan barmaqlayıb ağzına qoyur. ..İnsanı qovan ölümdür, quyu dünyadır, kəndir ömürdür, ağ + qara siçan günlərdir, divardan axan bal dünyanın şirinliyi, aşağıdan qalxan alov cəhənnəm atəşi...
Həqiqətdə dünya sirrinə vaqif olanlar ADAMlardır. Bəsirətsiz olmayan ADAM. ADAM hardan gəldiyini, harda olduğunu, hara gedəcəyini bildiyi üçün dünyaya bağlanmaz, dünyanın bir vasitə və axirətin tarlası olduğunu təfəkkür edərək yaşayar....... (İlhamə Abbas Yusifqızı...)