Предыдущая публикация
Övlad dedikdə sevgi, axırdı axın-axın.
Bir duyğu ki dadına, doyum olmayır baxın,
Cənnət meyvələriymiş, bizə ikramı Haqqın.
Allah quluna sonsuz, necə nemətlər vermiş,
Ana- Ata övladı, canından çox sevərmiş....
...
ÖVLADIM...
..
Sevgi dolu ürəyin,
Azalmasın övladım.
Gül qoxulu, gül üzün,
Heç solmasın, övladım...
...
İsticə sarılışın,
Dərdi alır gülüşün,
Aləmdə hər bir işin,
Zor olmasın, övladım..
..
Ulduzsan dənə-dənə,
Lütfüsən Haqqın mənə,
Pisliklər əsla sənə,
Yol tapmasın, övladım...
...
Olmasın, sənsiz evim,
Dayanar həm ürəyim,
Duamdasan sən daim
Var olasan, övladım..........(İlhamə Abbas Yusifqızı...)
#İlhaməAbbasYusifqızı
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1