Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustanda Cingirdağın ətəklərində on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə yanaşı, “Qaval daşı” adlanan böyük bir qaya parçası da var. Bu qayanı əl, ayaq və yaxud hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır.
Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə “Qaval daşı” adı ilə gəlib çatıb.
Qaval daşı bu gün də zərb alətlərinə xas olan keyfiyyətlərini saxlamaqdadır.
Tarixçi-tədqiqatçı Şakir Qabıssanlının sözlərinə görə, dünyada ilk musiqi sədaları 10 min il bundan əvvəl qaval daşı (“qəbail” – “qəbilə daşı” deməkdir) ətrafında “Yallı” ilə başlayıb: “”Yallı” dediyimiz “yahu”, “yahu”, “yahu” – yəni ya Allah, ay Allah, aman Allah nidaları ilə əllər yuxarı qalxmaqla ilk sədalar ucalıb”
Tədqiqatçı bildirir ki, dünyada ilk musiqi aləti qaval daşı olub: “İlk musiqi aləti qaval daşı olub. Bu da bütün dünyaya sübut edir ki, ilk musiqi dünyasının beşiyi Azərbaycandır. Bu günə kimi 34 qaval daşı kəşf etmişəm. Lakin bu daşların ecazkar sirlərinin açıqlanmasına şərait yaradılmır”.
Naxçıvanda da tapıldı
Qeyd edək ki, bür müddət əvvəl Naxçıvanda da ən qədim musiqi aləti – qaval daşı tapılıb. AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən nıəlumata görə, Babək rayonunun Payız kəndində, Çalxanqala (Oğlanqala) ərazisindən tapılan və oval şəklində olan qədim musiqi alətinin uzunluğu təqribən 2 metr, eni 1 metr, qalınhğı isə 10-15 santimetr arasındadır.
İlkin ehtimallara görə, qaval daşının musiqisindən qədim dövrlərdə hərbi təlimlərdə istifadə olunub. Qaval daşının ətrafında kiçik həcmli digər daşlar da tapılıb.
Bu maddi-mədəniyyət nümunələrinin eramızdan əvvəl II minilliyə aid olduğu bildirilir. Tapılan qaval daşında ifa olunan musiqilər səs tembrinin keyfiyyətinə görə Qobustan ərazisindəki qaval daşından fərqlənir.
Min illiklərlə tariximiz darmadağın edilir
Bəzi milyonçu vəzifəlilər mülklərində qədim dövrləri xatırladan mənzərə yaradırlar; onlar evlərində qaval daşla yanaşı, Misirdən, İtaliyadan, Yunanıstandan və digər ölkələrdən fantastik qiymətə alıb gətirdikləri antik musiqi alətlərini toplayırlar Azərbaycanın məmur-oliqarxlarının bəzilərinin özlərinə məxsus yaşam tərzi var; onların əldə etdikləri milyonlar hesabına az qala fironlar kimi yaşadıqlarına dair indiyədək xeyli faktlar sadalanıb.
Kimi bağında timsah saxlayır, kimi şir bəsləyir, bir başqası xaricdən delfin gətirdir, digəri antik maşınlardan ibarət kolleksiya toplayır və sair.Məmur-oliqarxların əndazəni aşan parıltılı həyat tərzləri ilə bağlı aldığımız bir xəbər isə daha heyrətamizdir. Xəbərdə iddia olunur ki, Azərbaycanın bir sıra yüksək vəzifəli məmurları Qobustan dövlət tarixi-bədii qoruğunda 10 min il tarixi olan Qaval daşlarını, üzərində qədim əlifbalarla yazılar, şəkillər olan qaya parçalarını bağ evlərinə daşıtdırırlar: “
İnanılmazdı, lakin faktdır”, - deyir mötəbər hesab olunan mənbəmiz. O deyir ki, oliqarxlar şəxsi mülklərində qədim dövrləri xatırladan guşələr yaradırlar: “
Bu, artıq Bakı oliqarxiyası arasında son dəbdir.iddia edilir ki, oliqarxlar bu musiqi alətlərindən ibarət ansambl yaradırlar və ölkənin tanınmış ifaçılarını, müğənnilərini də qədim dövrləri xatırladan libasla təmin edərək, qapalı villalarında “antik konsertlər” təşkil edirlər.
Son illərdə isə məmurlar villalarına qaval daşı da gətirtməyi bir növ prestij hesab edirlər. Məsələ ondadır ki, Qobustan qoruğunda, Mərəzə ərazisində və Naxçıvanda üst- üstə 40-a yaxın qaval daşı var. Amma onların heç də hamısı rəsmi şəkildə fiksə olunmayıb. Qobustanda iki iri böyük qaval daşı - Böyükdaş və Cingirdağda olan və “Qavaldaş” qeydiyyata alınıb və qorunur: “Bu iki daşdan başqa həcmcə kiçik olanları isə bəzi məmur-oliqarxlar ən müxtəlif yollarla öz villalarına gətirirlər”.
Tarixçi-tədqiqatçı Şakir Qabıssanlı yazır ki, o, indiyədək 34 qaval daşı kəşf edib. Lakin o daşların Qobustan qoruğunda yeri xəritələnməyib və indi onlar qorunmur. indiyədək ölkənin cəmi 5-6 yüksək vəzifəli məmuru bağına qaval daş gətizdirə bilib: “Çünki bu çox da asan iş deyil və tariximizin şəxsi bağlara daşınmasıdır”.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 13