Rulonu heç bir səbəb olmadan nəyi isə bəzəmək istədiyi üçün zay etmişdi. Ertəsi gün balaca qız atasına balaca qutuda hədiyyə gətirdi. - Bu sənin üçün, Atacan. Atası uşağın zərli rulonlu hədiyyəsini alanda qızına acıqlandığına heyfsiləndi. Amma hədiyyəni açıb qutunu boş görəndə yenə hirsləndi - Məgər bilmirsən ki, bir hədiyyə verəndə qutunu boş vermək olmaz? Sənin qutun isə sadəcə boşdu!!! Balaca qız ağlamsındı: -Atacan, o - boş deyil. Mən onu öpüşlərimlə doldurdum. Onlar hamısı sənindi, Atacan! Atası sarsıldı. O, dizi üstə çökdü, qızını nəvazişlə qucaqladı və bağışlanması üçün ona yalvardı... O vaxtdan illər keçsə də atası bu əvəzsiz hədiyyəni bir neçə il öz çarpayısı yanında saxladı. Əgər nəsə həyatda düz getməsəydi, o qutunu açar, öpüşlər və məhəbbət bəxş etdiyi qızının onu balaca əlləri ilə qucaqlamasını xatırlardı.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев