Can vermə qəmi eşqə ki, eşq afəti candır,
Eşq afəti can olduğu məşhuri cahandır.
Eşqin nə əzab olduğun ondan bilirəm ki,
Hər kimse ki aşiqdir işi ahu fəgandır.
Yaxşı görünür surəti məhvəşləri amma
Ciddən nəzər etdikdə sərəncamı yamandır.
Gər desə ki Fizuli gözəllərdə vəfa var
Aldanma ki şair sözü əlbətdə yalandır.
M.Fizuli