Kəsdiyin təki saç olsun, gözəl qız,
Sən ümidlərini kəsmə gəl,
Sənə gülmək yaraşır,
Gəl sən məndən küsmə, qız.
O incə bir baxışı, möhkəm atan o qəlbinin atışını,
Sakit səslə dinlə, qız.
Düşmənlər hər vaxt yanında,
Dostlar tanınar darda,
Dünya 5 günlük demişlər,
Gəl qəlbini üzmə, qız.
Deyirəm, xətrinə dəymişəm sənin.
Bir dəfə sormadın halımı mənim.
Qəlbinə atmadım mən güllə sənin.
Yanına gəldim güllə, qız.
Gəl dodağını büzmə, qız.
İnsanı tanımaq olmurmuş, demə,
Qəlbimi açdım mən İlahiyə,
İlahi yanına çəkdi məni də,
Qulağımda eşidildi o an yenə,
"Qalsın pis günlərin dalda, qız"
Gözlərim qalıbdır dalda,
De, axtarım səni harda?
Şeirimi həsr etdim sənə,
O hüsnünə, o vəsfinə,
Görəsən, nəyə görə,
Səsin çıxmır yenə, qız?
Gəl duz basma yarama, qız.
Sənə dedim, tox olsun gözün,
Varda, dövlətdə qalmasın könlün.
Xoşbəxtliyi arama sən,
Gəl parada-pulda, qız...
Mənim sözlərim bitməz,
Misralar heç vaxt tükənməz.
Allahın verdiyi o ali hisslər,
Sənədir əmanət, ey qız.
Gəl sən onu itirmə, qız.
#AğayevaGülcan
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев