Предыдущая публикация
Saxta məhəbbətin çox gec bilindi
Xeyli bir zamandı həsrətəm sənə
Sənsiz keçirdiyim hər an bir ildi
Sənsiz yaşamağı öyrətdin mənə.
Nədənsə qəlbimdən eşqin silinmir
Səhərim, axşamım, gecəm bilinmir
Haçandı sənsizəm könlüm sevinmir
Sənsiz yaşamağı öyrətdin mənə
Dalıb xəyallara baxıram oda
Mənim tək kədərli, qüssəli o da
Demək taleyimə yazılmış bu da
Sənsiz yaşamağı öyrətdin mənə.
Müəllif : Arif Aslan
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 6