Предыдущая публикация
O incə dodaqlar eşq piyaləsi
Axır gözlərindən qəm şəlaləsi
Gərək başa düşə sevən sevəni
İncitdim əzizim bağışla məni.
Sənə əlim dəysə alışar əlim
Acı söz söyləsəm od tutar dilim
Bir tək sualıma cavab ver gülüm
Azacıq bir ümid yoxmu ki yəni?
İncitdim əzizim bağışla məni.
Verdiyin acılar yetmədimi bəs?
Bil ki bu inadın əbəsdir əbəs
Qalsın qulağında həmişə bu səs
Arif ölənədək sevəcək səni
İncitdim əzizim bağışla məni.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 17