Elə gözəl sevirsən ki
Bilmirəm gerçəkmi, yuxum,
Bihuş edib ətrin, qoxun,
Qanadlanıb uçur ruhum,
Bəyaz göyərçindi sanki,
Elə gözəl sevirsən ki...
İncəm deyəndə incidi,
İncim incidən incədi,
Gördünmü sevmək necədi,
Sevmərəm deyirdin sən ki,
Elə gözəl sevirsən ki...
Eşq Tanrımsan, şair bəndən,
Mən gizlicə qaçıb məndən,
Elə xoşam cazibəndən,
Nə cadusan, nə sirsən ki,
Elə gözəl sevirsən ki...
Sevməzə Allah qənimdi,
Sevgin yuvam, vətənimdi,
Vardan yox etdin, mənimdi,
Göyün üstü, yerin təki,
Elə gözəl sevirsən ki...
Sevgin dönəndən bülbülə,
Əriyirsən gilə-gilə,
Niyə gətirmirsən dilə,
Decənə, canım, bir, iki...
Elə gözəl sevirsən ki...
Dünyadan qopar şairi
Kim sevir tapar şairi,
Qat selə apa
Niyə mənə ruh vermirsən, Ayüzlüm
Niyə mənə ruh ver vermirsən, əzizim,
Ver yaşayım, alacaq ki, Əzrayıl.
Hüzurunda səcdədədi cüt dizim,
Yatma qəflət yuxusunda, tez ayıl.
Ayıl, amma, sevəninə aç gözü,
Oyananlar yatıb gedər, duysana.
Qayda budu, bulud tutar gün üzü,
Ay da bir gün batıb gedər, duysana.
Can da canım canımızda bir cümə,
Göz açınca həftə gedir, bazardı.
Qurban olum, baxmadınmı bürcümə,
Bürcün mənə həm beşik, həm məzardı.
Tanrı bilir nə yanlışdı, nə düzgün,
Ağlar ömrün hər fəslindən gülürsən.
Dirildib niyə öldürdün, Ayüzlüm,
Bəlkə Tanrı bilməyəni bilirsən?
Əmanətdi, həyat haqqı, bu ruh, can,
Qoruyursan, sədaqəti, bilmişəm.
Axı məni sən yaratdın, canım can,
Duymursanmı sənsizli