Ötən həftə Avropa Komissiyası "sərhədsiz internet"in yaradılması ilə bağlı iddialı plan təqdim edərək musiqi və videokontent istifadəçilərinin xarici ölkələrə səfəri zamanı qarşılaşdıqları bir sıra məhdudiyyətləri aradan qaldırmağı təklif edib.
Səyahət edənlər tez-tez səfər zamanı kontentin xarici bazarlar üçün blok edilməsi səbəbindən mahnı dinləyə və ya filmlərə baxa bilməməsindən şikayət edirlər. Avropa Komissiyası tərəfindən təqdim olunan planda bu problemin həlli təklif edilir və internet xidmətləri bazarını daha şəffaf edə bilər. Bundan başqa, plan Avropa ÜDM-yə əlavə 415 milyard avro gətirə bilər.
"Vahid rəqəmli bazar" adlanan sənəddə bir sıra lazımi tədbirlər təsvir olunub. Tədbirlər planı Avropa İttifaqı (Aİ) hüdudlarında kontentdən istifadəni asanlaşdırmaq məqsədilə müəllif hüquqları haqqında qanunların sadələşdirilməsinə, eləcə də ölkələr arasında yüksək çatdırılma qiymətlərinin ləğv edilməsinə yönəlib.
"Avropa yenidən rəqabətqabiliyyətli olmaq üçün dəyişməlidir. Maneələr rəqəmli sahənin inkişafına mane olur. Insanlar Tallindən Turinə bir dəfə də olsun pasport göstərmədən gələ bilərler. Lakin ölkəni tərk edən kimi sevimli televiziya şouya baxa bilməzler, - Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bildirib.
Hüquq müdafiə təşkilatları sənədi tənqid edərək konkret proseduralarda çatışmazlığın olmasını qeyd ediblər.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев