Bura sizin üçün nə Elgizin, nə də Xoşqədəmin verilişidir" - YENİLƏNİB - VİDEO - FOTO
Maşın" realiti-şou yola saldığımız gün sözün əsl mənasında nəhs gününü yaşadı. "Maşın"ın 13-cü sürəti 13 mayda 13 iştirakçı ilə efirə çıxdı.
Murad Dadaşovun rəhbəri və aparıcısı olduğu realiti-şouya mayın 9-da 17 nəfərlə start verilmişdi. Ötən 4 gün ərzində 4 iştirakçısını itirən "Maşın" Abbas Bağırov, Xatirə İslam, Malik Kələntərli, Emil Bədəlov, Mehriban Xanlarova, Günel Ələkbərova, Aşıq Əli, Elçin Hüseynov, Samir Cavadzadə, Anar Ağakişiyev, Rəşad Dağlı, Rüfət Axundov və Allahverdi Yolçuyevlə realiti-şouya davam etdi.
Bu nəhs gün Günel Ələkbərovaya düşmədi. Maşın nağılı onun üçün bitdi. Murad Dadaşov iştirakçıların sevmədiyi "Maşın əldən getdi" ifadəsini dünən Günelə dedi. Həm də necə?! Digər oyunçular tərəfindən təklənən, qalmaqallı iştirakçı Mehriban Xanlarovanın təzyiqi ilə üzləşən Güneli oyundan Abbas Bağırov uzaqlaşdırdı.
Bəli, "Maşın"ın 11-ci buraxılışında Günel tərəfindən çıxarıldığını hələ də unutmayan Abbas Bağırov qısasını belə aldı. Abbas qalması üçün səs toplayıb Güneli oyundan çıxardı. Bunu anladıq. Amma əli maşından üzülən Günelin göz yaşları ilə Abbası bərk-bərk qucaqlayıb bağrına basmasını anlamadım...
Həm də o Günel ki, borcları üzündən maşınını satıb və oyunçular içində bu gün maşına ən çox ehtiyacı olan o idi. Nə isə, şou-biznes tayfasını başa düşmək üçün onlar kimi düşünmək lazımdır ki, bu da mənim gücüm xaricindədir.
Mehriban Xanlarovanın yersiz intriqaları dünən də davam etdi. Özünün etiraf etdiyi kimi, Günelin Aygün Kazımova ilə mehribanlığı ona xoş gəlməmişdi. Xanlarovanın çııxışına Günel belə reaksiya verdi: "Bura sizin üçün nə Elgizin, nə də Xoşqədəmin verilişidir".
Canlı yayım bitər-bitməz Xatirə İslamla Anar Ağakişiyev arasında dava düşdü. Bəlkə də, bir əlləri maşında olmasaydı, söz davası əlbəyaxa savaşa keçəcəkdi.
Bir sözlə, "Maşın" şounu canlı izlədiyim 2 gün ərzində onu başa düşdüm ki, şou əhli əslində ilin 12 ayını, ayın 30 gününü nəhs gündə yaşayır...
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев