Canonical şirkəti öz yeni innovativ ixtirasını - Ubuntu əməliyyat sistemi ilə işləyən ChillHub soyuducusunu təqdim edib. Qurğu San-Fransiskoda əşyaların internetinə həsr edilmiş IoT World konfransında nümayiş etdirilib.
Təxminən 500 litr həcmində soyuducu müxtəlif datçiklər, iki USB port ilə təchiz edilib və Wi-Fi vasitəsilə internetə qoşulma imkanına malikdir.
Soyuducu Ubuntu Core (Snappy) əməliyyat sistemi ilə işləyir və onunla qarşılıqlı əlaqə yaratmaq üçün iPhone və iPad qurğuları üçün müvafiq mobil proqram təklif edilir.
ChillHub soyuducusunun pərakəndə satış qiyməti 1000 dollar təşkil edəcək.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев