Gün eynəkləri gözümüzü zərərli şüalardan qoruyurmu?
Yaz-yay mövsümünün əsas aksessuarlarından biri də gün eynəkləridir. O eynəklər ki, gözümüzü günün zərərli şüalarından qorumalıdır. Bəs, görəsən, müxtəlif satış məntəqələrindən alıb istifadə etdiyimiz gün eynəkləri, həqiqətən də, gözümüzü qoruyurmu?
Havalar istiləşdikcə gün eynəklərindən istifadə zərurətə çevrilir. Qızmar yay günəşinin şüalarından gözlərimizi qorumaq üçün ən əsas vasitə məhz gün eynəkləridir. Mövsümi tələbata uyğun olaraq, gün eynəkləri satılan satış məntəqələrinin də sayı artır. Lakin burada satılan eynəklərin keyfiyyəti nə satanı, nə də alanı o qədər də maraqlandırmır. Əsas odur, necə deyərlər, alan alsın, satan satsın.
Eslində, heç bir uyğunluq sertifikatı olmadan alıb istifadə etdiyimiz keyfiyyətsiz eynəklərin gözlərimizə mənfi təsiri heç də günün zərərli şüalarından az deyil.
Çəkiliş apardığımız eynək satışı məntəqələrindən isə bildirdilər ki, satılan eynəklərin çoxu keyfiyyətli və zərərsiz sayıla bilməz. Ancaq bu, o demək deyil ki, satışda heç də keyfiyyətli eynəklər yoxdur. Yaxşı qiymətə sertifikatlı eynəklər də tapıb almaq olar.
Əsas olan bir məsələdir - sağlamlığımızla bağlı istənilən addıma mütəxəssislər qərar verməlidirlər. Odur ki, eynək alarkən belə, həkimlə məsləhətləşmək mütləqdir.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев