Bakıda avtobuslardan birində sərnişinlər qəribə hal ilə qarşılaşıblar.
Sürücü avtobusda özü üçün kiçik bağça yaradıb.
Sürücü oturacağın altını təbii ot örtüyü ilə döşəyib. Kənardan isə qəribə mənzərə alınıb.
Sürücü bunu otun iyindən xoşu gəldiyi üçün etdiyini bildirib.
“Hər gün səhər avtobusu işə salmamışdan əvvəl həmin ot örtüyünə xüsusi qulluq edirəm. Onları təmizləyirəm. Sulayıram. İndiyə qədər heç bir sürücü bunu fikirləşməyib. Otun iyini çox xoşlayıram. Bu sərnişinlərin də çox xoşuna gəlir”, - deyə sürücü bildirib.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев