Hər gün dünyada 500 milyondan çox insan kompüter oyunları arxasında 3 milyard saat keçirir. Bu barədə Statista və Raptr şirkətlərinin məlumatında deyilir.
Qeyd olunan vaxt həcminin 21,8 faizi bu ilin martında League of Legend oyununa sərf olunub. Birinci-dördüncü yerləri World of Warcraft (8,16 faiz), Counter-Strike: Global Offensive (5,7 faiz) və DOTA 2 (5,68 faiz) kompüter oyunları tutub. Digər oyunların payı 3 faizdən az olub.
Tədqiqata görə, iki aparıcı şirkət - Activision Blizzard və Electronic Arts ABŞ və Avropa İttifaqı (Aİ) bazarında müvafiq olaraq 19,5 və 18,4 faizlik paya sahib olub.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев