Ey dünya, səninlə durdum göz-gözə,
Ey ürək, nədən bəs, dönürsən közə?
O hansı duyğudur, aparıb səni?
Unudub özünü, axırsan sözə?
Mənə əzab verən, dərd alan da söz,
Qolumdan yapışıb dərd bölən də söz.
Sözlərin də dostu, düşməni vardı,
Göylərə ucaldıb, təb gələn də söz.
Söz var ki, o sözə, dərdi açaram,
Söz var ki, o sözdən uzaq qaçaram.
Sözün işığında, söz qanadında,
Söz var ki, o sözlə göyə uçaram!
Hər qəlbin qonağı olacağam mən,
Söz olub, dünyaya dolacağam mən.
Qartaldan öyrənib dözüm -mətinlik,
Zirvənin başında qalacağam mən.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев