Ağıllı telefon, ağıllı saat və qolbaqlardan başqa ağıllı mayka və ağıllı balışların mövcudluğu məlum idi. İndi isə ağıllı corablar satışa çıxarılıb.
Sensoria Fitness Socks şirkəti tərəfindən hələ CES 2014 beynəlxalq istehlak sərgisində nümayiş etdirilmiş ağıllı corablar artıq satışa çıxarılıb. Corablara quraşdırılmış sensorlar sürət, temp, sərf edilmiş kalorini ölçür.
Bundan başqa, ağıllı corablar daxili GPS modula malikdir və hərəkət marşrutunu izləyir. Ağıllı corablar topuğa taxılan qolbaqla birgə tədarük olunur. Bu qolbaq biometrik məlumatları toplayaraq smartfona ötürür. Sensoria Fitness Socks corabları iOS, Android və Windows Phone platformaları üçün mobil proqramlarla birgə işləyir.
Sensoria Fitness Socks ağıllı corablarının satış qiyməti 199 dollardır. Ağıllı corablar hələ ki şirkətin rəsmi saytında satılır, ancaq istehsalçı söz verib ki, yaxın gələcəkdə bir çox internet mağazalarında əlçatan olacaq.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев