ABŞ-ın Microsoft korporasiyası növbəti dəfə heyətini ixtisar edib. Şirkətin işlərinin optimallaşdırılması və onun yeni tələblərə uyğunlaşması çərçivəsində 18 min əməkdaş işdən çıxarılıb.
Xatırladaq ki, Microsoftun nümayəndələri hələ 2014-cü ilin iyulunda 18 min əməkdaşın çıxarılması planını açıqlamışdı. İxtisar bir neçə mərhələdə aparalıb, indiki dördüncü və sonuncu olub. Əvvəlki mərhələlər ötən ilin iyul, sentyabr və oktyabrında həyata keçirilib.
Indiki ixtisar zamanı işdən çıxarılanların əksəriyyəti Microsoft IT bölməsində işləyib.
Ekspertlər bildirirlər ki, son zamanlar müasir informasiya texnologiyaları sahəsində avtomatlaşdırmanın inkişafı ilə əlaqdar texniki əməkdaşlara tələbat azalıb.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев