"Yaxşı davranışa görə" sürücülük vəsiqəsi qaytarıla bilər
Dövlət quruculuğu və Konstitusiya qanunvericiliyi üzrə Rusiya Dövlət Dumasının komitəsi “yaxşı davranışa” görə sürücü vəsiqələrinin vaxtından əvvəl qaytarılmasını nəzərdə tutan qanun layihəsinin birinci oxunuşda təsdiqlənməsini tövsiyyə edib.
Sənəd parlament müzakirələrinə aprel ayının ortalarında çıxarılmalıdır.
Qanun layihəsinə əsasən vəsiqənin vaxtından əvvəl qaytarılması barədə qərarı məhkəmə qəbul edir.
Təşəbbüs sərxoşluğa görə vəsiqədən məhrum edilmiş sürücülərə şamil edilmir.
İki il əvvəl təsdiqlənən qaydalara əsasən verdiyi nəfəsin 1 litrində 0,16 milliqramdan artıq alkoqol tapılan sürücü sərxoş tanınır.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев