Dünyanın bəzəyi,evin işığı
Məhəbbət binasi anadır-ana.!
Qurulan ailənin şux yaraşığı,
Sonalar-sonası anadır-ana..!
Anasız nə lazım dünyanın varı,
Anasız dünyanın yox etibarı,
Anasız qazanmaz dağlar vüqarı,
Övladın vüqarı anadır-ana.
Atam yaşamağı öyrətdi mənə,
Ömrümü qoruyan sipərsən ana,
Öz halal süudünlə böyütdün məni,
Dizimə taqətsən,təpərsən ana.!
Övlad gərək uca tuta atanı,
Çətin yoxuşlarda əldən tutanı,
Məndən uzaq etdin şəri,xətanı,
Dərdimə-qəmimə çəpərsan ana..!
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Комментарии 2