Çinin Xiaomi şirkəti yeni Mi Note və Mi Note Pro smartfonlarını nümayiş etdirib.
Qurğunun qalınlığı 6,95 mm, ekranın diaqonalı 5,7 mm-dir. Yeni smartfon Snapdragon 801 prosessoru və 3 Gb əməli yaddaş (Mi Note Pro smartfonunda Snapdragon 810 prosessoru və 4 Gb əməli yaddaş) təchiz edilib. Smartfon hər iki tərəfdən bükük şüşə panellə örtülüb. Qurğunun çəkisi 161 qramdır.
Mi Note smartfonunun satış qiyməti 370 dollar (2299 yuan), Mi Note Pro-da isə 520 dollar (3299 yuan) olacaq.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев