Avtomobili idarə edən şəxs özünü polis əməkdaşı kimi təqdim etsə də, xeyri olmayıb
Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdiyi reydə zamanı polis əməkdaşının idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb , Reyd zamanı saxlanılan “KİA” markalı, avtomobilin 15-ə yaxın MMX radarının, bir o qədər də elektron protokol və ödənilməmiş cəriməsinin olduğu üzə çıxıb. Buna görə də, avtomobilin saxlanılıb duracağa qoyulması barədə qərar çıxarılıb.
Reyd zamanı aşkar olunan həmin avtomobil yol hərəkətindən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb.
Avtomobili idarə edən şəxs özünü polis əməkdaşı kimi təqdim edərək əvvəlcə sənədləri verməkdən imtina etsə də, DYP əməkdaşı ona sistemdə olan cərimələr barədə məlumat verəndən sonra maşının cərimə meydançasına aparılmasına razılıq verib.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев