1. Sual: Oğrular niyə modanı
izləyirlər?
Cavab: Ciblərinin yerini
öyrənmək
üçün.
2. Sual: Heç qar yağmayan
hava
hansıdır?
Cavab: Oyun havası.
3. Sual: Hansı top
hoppanmır?
Cavab: Qar topu.
4. Sual: Hansı bağda üzüm
yetişməz?
Cavab: Ayaqqabı bağında.
5. Sual: Ən gözəl qoxan fil
hansıdır?
Cavab: Qərənfil.
6. Sual: 5 illik məktəbi 30
ildə
bitirənə nə deyirlər?
Cavab: Müəllim.
7. Sual: Dənizlər niyə
duzludur?
Cavab: Balıqlar qorxmasın
deyə.
8. Sual: Hansı yazı silinməz?
Cavab: Əlbəttə, alın yazısı!
9. Sual: Hansı qaba su
qoyulmaz?
Cavab: Ayaqqabıya.
10. Sual: Ələk ilə su necə
daşınar?
Cavab: Dondurularaq.
11. Sual: Hansı gül qoxmaz?
Cavab: Vergül.
12. Sual: Pilotlar niyə havada
qeybət qırırlar?
Cavab: Yerin qulağı olduğu
üçün.
13. Sual: Qırıldığı zaman
işlənən
şey nədir?
Cavab: Yumurta.
14. Sual: Qaranlıqda nəyimizi
görə
bilmərik?
Cavab: Kölgəmizi.
15. Sual: Kral ölsə, oğlu nə
olar?
Cavab: Yetim olar.
16. Sual: Ayağını yorğanına
görə
uzatmayan nə olur?
Cavab: Xəstələnib,
rematizma olur.
17. Sual: Dunyaya ilk toyuq gelib yoxsa yumurta ?
bunun cavabini mende bilmirem
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев