Acer şirkəti yaxın günlərdə Berlində keçiriləcək IFA-2014 elektronika sərgisi ərəfəsində noutbuk, planşet və smartfonunu təqdim edib.
ICTnews-a istinadən bildirir ki, Berlində keçiriləcək IFA sərgisinin 5 sentyabr tarixində start götürməsinə baxmayaraq, bəzi şirkətlər artıq öz məhsullarını təqdim edib.
Acer məxsusi BYOC texnologiyasını (Build Your Own Cloud, öz buludunu yarat) dəstəkləyən noutbuk, planşet və smartfonlarını təqdim edib. Nəticədə qurğuları başqa cihazlardan fayl, musiqi və filmlərə giriş imkanına malik bulud saxlancına çevirməyə imkan verir.
Noutbuklar
Acer şirkəti Aspire R13 noutbuk-transformerini təqdim edib. Cihaz FullHD (1920x1080 nöqtə) və ya WQHD (2560x1440 nöqtə) təsvir ölçülü 13,3 düymlük ekrana malikdir. Noutbukun xüsusiyyəti çərçivə daxilində ekranın fırlanma imkanına malik olmasıdır. Noutbukun çəkisi təxminən 1,5 kiloqramdır. Avropada modelin satışlarına noyabrda başlanılacaq.
R14 modeli HD (1366x768 nöqtə) təsvir ölçülü 14 düymlük sensor ekrana malikdir. Noutbukun ekranı 360 dərəcə qatlana bilir. Avropada modelin satışları oktyabrın ortalarına planlaşdırılıb. Həmçinin məhsuldar Acer Aspire V Nitro modeli nümayiş etdirilib.
Hibrid qurğular
Aspire Switch seriyasına məxsus hibrid qurğuları həm noutbuk, həm də planşet rejimində işləyir. Aspire Switchin 10 və 11-ci modelləri klaviaturanın ayrılması hesabına form-faktorunu dəyişdirir. Modeldən asılı olaraq, ekranda diaqonalın ölçüsü noutbukların adındakı ədədi indeksdən asılıdır, təsvir ölçüsü FullHD (1920x1080 nöqtə) və ya HD (1280x800 nöqtə) təşkil edir.
Hər iki aparat Intel prosessorları ilə təchiz edilib, Windows 8.1 with Bing əməliyyat sistemi ilə işləyir, əvvəlcədən Office 365 ofis paketi quraşdırılıb. Avropada Switch 10 və 11 modellərinin qiyməti müvafiq olaraq 330 və 400 avrodan başlanacaq.
Planşetlər
Acer iki ədəd 8 düymlük və bir ədəd 10 düymlük planşetini təqdim edib. Bütün aparatlar Intel Atom prosessorları ilə işləyir. Iconia Tab 8W modeli Windows 8.1 with Bing əməliyyat sisteminin idarəetməsi ilə işləyir, əvvəlcədən Microsoft Office paketi quraşdırılıb. Ekranın təsvir ölçüsü 1280x800 nöqtə təşkil edir, çəkisi 370 qr-dır. Avtonom iş vaxtı 8 saatdır.
Android platforması ilə işləyən Iconia One 8 planşeti, həmçinin HD (1280x800 nöqtə) təsvir ölçülü ekrana malikdir. Modelin arxa paneli rənglidir. Iconia Tab 10 modeli, həmçinin Android platforması ilə işləyir. 10 düymlük ekranının təsvir ölçüsü FullHD (1920x1080 nöqtə) təşkil edir. Avropada hər iki səkkiz düymlük planşet 150 avro, 10 düymlük isə 200 avro qiymətinə satışa çıxarılacaq.
Nümayişdə çıxış edən Intel korporasiyasının EMEA üzrə baş meneceri, vitse-prezidenti Kristian Morales deyib ki, kompüter bazarının həcmi yenidən artır və 2014-cü ildə FK tədarükü ötən illə müqayisədə 2% artaraq 275 milyona çatacaq. Planşetlərin tədarükü 18% artaraq 314 milyon olacaq.
Acerin baş direktoru və prezidenti Ceyson Çen deyib ki, şirkət bu il vəziyyətini yaxşılaşdırıb və IDC-nin qiymətləndirməsinə görə, qlobal kompüter bazarında öz payını 7-dən 7.9%-dək artırıb.
Smartfonlar
Acer şirkəti HD (1280x800 nöqtə) təsvir ölçülü ekrana malik 5 düymlük Acer Liquid Jade smartfonunu nümayiş etdirib. Aparat fərdi kompüterlə idarəetmə texnologiyasını (AcerExtend) dəstəkləyir.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев