Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dənizin sahilində bütün ailəliklə bağ evi tikməyi qərara alırlar. Valideynlər fikirləşirlər ki, övladları, gəlinləri və nəvələri istirahət üçün buraya yığıla bilərlər. Lakin düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə oğlanlar, nə də qız heç cür vaxt tapıb valideynlərinə kömək etmək üçün bağa gələ bilmirlər. Onların başları həmişə qarışıqdır: gah kiminləsə görüşür, gah da iclasda, elmi şurada iştirak edirlər. Nəhayət yalnız böyük oğul Eldar (İqor Kvaşa) ana ilə atanı başa düşür... O, ananın arzusuna şərik çıxır və inanır ki, dağınıq ailə üzvlərini bağ evi bir yerə toplaya bilər.
Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum Üzərində Ev" pyesinin motivləri üzrə çəkilmişdir.
Rollarda
İqor Kvaşa — Eldar
Firəngiz Şərifova — ana
Larisa Xələfova — Validə
Süleyman Ələsgərov — ata
Rasim Balayev — Əli
Mayya Danilyan — bacı
Sergey Yurski — direktor
Yusif Yulduz — Ağamehdi
Hamlet Qurbanov — Qulam