Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin - Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova)[3] böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur.
Rejissor: Hüseyn Seyidzadə
Əsərin müəllifi: Üzeyir Hacıbəyov (titrlərdə yoxdur)
Ssenari müəllifi: Sabit Rəhman
Bəstəkar: Üzeyir Hacıbəyov (titrlərdə yoxdur)