»
📖 Fusillət 15
«Kim bir yaxşı iş görsə, Biz onun üçün həmin işdə yaxşılıq artırarıq.»
📖 Şura 23
Peyğəmbər (s):
“Ürəyə atılmış ən yaxşı şey yəqinlikdir”.
📖 Nəhcül-Bəlağə, xütbə 157
“Niyyət əməldən üstündür”.
📖 İmam Sadiq (ə)
"Nəfsini hesaba çəkməyən bizdən deyil".
📖 İmam Kazim (ə)
“İnsanın özü üçün hesab saatı olmalıdır. Həmin saatda mühasibə etməlidir ki, nə iş görüb və gördüyü işlər ona nə qazandırıb?
Özünə deməlidir ki, Allah-Taala bu gün mənə 24 saat ömür vermişdi, vaxt vermişdi, mən bu 24 saatı hara xərclədim, nə etdim, verilən bu vaxt ərzində nə qazandım? Axı mənə verilən bu saatlar barədə Bərzəxdə və Qiyamət günü məndən soruşacaqlar!
Biz dünya qazancımız barədə fikirləşirik, hesablama aparırıq, necə qazancağam, haradan əldə edəcəyəm, hara və necə xərcləyəcəm, zərərim və faydam nə olacaq, ya bunların heç biri olmayacaq. Əgər Allahın verdiyi ömür barədə də bu sualları özümüzdən soruşmuruqsa, hansı xeyirli işləri gördüyümüzü, hansı ibadəti və hansı xidməti etdiyimizi düşünmürüksə, imam (ə) buyurur ki, bizdən deyilsiz!”
📖 Ayətullah Cavadi Amuli
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев