“Hədis və ayələrə əsasən üç bağışlanmayan günah var: qeybət, məsxərə və insanların gizli işlərini araşdırmaq.
Düzdür, Allah Qurani-kərimdə bütün günahların bağışlanacağını bildirir. Amma eyni zamanda məsxərə edənlər haqqında buyurur ki, hətta peyğəmbər(s) belə yetmiş dəfə onlar üçün bağışlanma istəsə, yenə də bağışlanmazlar. Bu ayələrdən məlum olur ki, bəzi günahlar tövbə ilə bağışlansa belə, yenə də bunlara bulaşan insan cəzasız qalmır.
Təəssüf ki, günümüzdə yuxarıda qeyd etdiyimiz hər üç günah geniş yayılıb. İnsanların şəxsi həyatını araşdırmaq, onları məsxərə etmək sosial şəbəkələrdə də adi hal alıb. Qeybət isə, demək olar ki, bütün məclislərimizin “zinətidir”. Bu əməllər əzaba səbəb olmasaydı belə, insan şəxsiyyyətinə yaraşmayan rəzil xüsusiyyətlərdir.
İnsanların haqqını tapdalamaqla ilahi əzaba düçar olmaqdan Allaha pənah aparıram”.
«..(Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! (Yəqin) Hamınız bu işdən ikrah edirsiniz (deməli bilin ki, qeybət etmək ölmüş din qardaşının ətini yemək kimidir. Ondan çəkinin!)..
" («Hucurat»-12)
İmam Əli (ə):
“Qeybət etmək aciz insanın işidir”.
🔖 Nəhcül-Bəlağə
#xətiblərdən #kami313
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев