Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Напишите, что Вы ищете, и мы постараемся это найти!
Левая колонка
О группе
Yardimli rayonu Azərbaycanın ucqar dağ rayonlarından biridir. Möhtəşəm yüksək dağ və meşə mənzərəsinə sahib olan Yardımlı dəniz səviyyəsindən 1800 - 2000 metr yüksəklikdə yerləşir. Masallı – Yardımlı yolunun 25 – ci km-də yerləşən Təkdam şəlaləsi Yardımlının vizit kartı sayılir, 34 metr hündürlükdən tökülən şəlalə iki mərtəbəlidir.Təxminən 1500 metr yüksəklikdəki bu nöqtədən ətrafa möhtəşəm panoram açılır.
Qız Qalası (V əsr)
Təbii abidədir. Alar kəndi yaxınlığındakı uca dağ silsilələrinin birində yerləşən konusşəkilli qaladır. El arasında Qız qalası kimi tanınan bu qaya zirvəsi lap qədimdən insanların sığınacaq yeri olub. Dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşir.