Bu küləklər şəhərindən asılan pəncərələr
Oğul itkin ana tənha bu onun taleyidir
Bir təsəlli ona öz övladının köynəyidir
Gözü yollarda qalan bir ananın eynəyidir
Şüşəsindən çölə həsrət dağılan pəncərələr
Gözü yollarda qalan var uzun illər boyu tək
Nə gələn var nə gedən var boş ümiddir bu demək
Açilib bağlanır hey xatirə dəftərləri tek
Neçə illərdi ümidlə baxılan pəncərələr
Elə bir qəlbi evim var ki baxıb gəl marağa
Pərdələr qəm libasından biçilib künc-bucağa
Sanki daşlaşmış ürəklərlə tikilmiş otağa
Qoyulub dərd ağacından yığılan pəncərələr.
Elə bil ki bu divarlar daralır ildən ilə
Bürüyüb dərd içimi ruhuma yer yoxdu belə
Necə ruhum bədənimdən çıxacaq bir gün elə
Çıxacaq çərçivəsindən sıxılan pəncərələr.
Yiyəsiz qalsa əgər at gecə gündüz çapılar
O qədər var ki igidlər ata sahib tapılar
Bu səbəbdən çoxalır dəstəyi yüngül qapılar
Itirilmiş kişilikdən tapılan pəncərələr.
Azmışam dar küçələrdə nə giriş var, nə çıxış
Mənə bu köhnə qaranlıq küçələr gəldi tanış
Ama xatırlamıram, hər dəfə yağdıqca yağış
Silinir tarixi tozla yazılan pəncərələr.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев