20 yanvar şəhidlərini hüzn və qürurla anırıq!
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 33 il ötür. Azərbaycan xalqı, xüsusilə gəncliyimiz 20 Yanvar Şəhidlərinin xatirəsini daim əziz tutur.
20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlanır. Yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.
Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidləri hörmətlə anırıq!
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
RUHLARI ŞAD OLSUN!
Hörmətlə: Vüsal Ağa
DƏRİN HÜZNLƏ ANIRIQ.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!
Bu gün Azərbaycanın qəhrəmanlıq tarixinə yeni səhifə açan Mübariz İbrahimovun doğum günüdür.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-si Biləsuvarın Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb və Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət keçib. 2007-ci ildə həqiqi hərbi xidmətini çavuş rütbəsi ilə başa vuran M.İbrahimov 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə təyinatı cəbhə b
AMMA SƏN YOX İDİN...
Günlər saralmış yarpaqlar kimi bir-bir ayaqlarımın dibinə tökülərkən, mən hər gecə gözlərimi qaranlığa dikib sənin aydınlığını gözlədim.
Amma sən yox idin.
Minlərcə addım atdım bu şəhərin her guşəsində.
Hər parkı, her ağacı əzbərlədim.
Sevdaya qovşanmış hər bir yerdə sənin adını axtardım. Evlərin divarları bir-bir üzərimə yıxıldı.
Üzərimə yıxılmış sevgi acısını ürəyimin dərinliyində hiss edərkən məni bu acıdan dartıb çıxaracaq əllərini axtardım. Gözlənti şeirləri yazdım. Kimisinə ucadan, kimisinə səssizcə söylədim.
Qaranlıqlara qışqırdım həsrətimi.
Səsimi duyarsan deyə gözlədim.
Səndən gələcək bir tək xəbəri gözlədim.
Saatlar əsrlər kimi gəldi. Çağıran hər telefon
20 Yanvar faciəsinin 32-ci ildönümü
20-01-1990 20-01-2022
20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir.
- Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır;
- 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin
BAYRAMINIZ MÜBARƏK DOSTLAR.!!!
Bütün dostlarıma!
Hər birinizi ayrı ayrılıqda salamlayıram.
Axşamınız xeyir mənim əzizlərim!
Əziz və hörmətli şair dostlarım, qohumlar, qardaşlar, bacılar, dostluğumda olan bütün dəyərli dostlarım!
Hər birinizi Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Əziz dostlar hər birinizə həmrəy olmanızı arzulayıram.
Bir olaq, həmrəy olaq, mehriban olaq.
Dəyərli dostlarım qarşıdan gələn yeni iliniz mübarək olsun.
Dərdi kədəri 2021-ci ildə qoyaq 2022- ci ilə sevinclə gülər üzlə qədəm basaq.
Hər birinizin arzuları çin olsun. Qoy bu il hamımıza düşərli olsun dostlarım.
Allah sizləri var eləsin! Var olun dostlar! Çox şükür 2022-ci i