Bilirsiniz inam,güvən sevgidən qat-qat üstün olan bir şeydir.Əvvəl birinə inanarsan,sonra güvənərsən,sonra isə sevərsən.İnanmadığın, güvənmədiyin birini heç vaxt sevə bilməzsən.Sevdiyini zənn edərsən,amma sevə bilməzsən.Məsələ də bundadır ki,bir qadının sənə inanması,sənin onun güvənini qazanmağın qədər çətin bir şey yoxdur bu dünyada.Çünki,bir qadın gerçək mənada sənə inanarsa, güvənər,səni sevər və sənin üçün öz qürurunu belə tapdalayıb hər şey edər.Sənə inanan qadınının inancını qırmaq bəlkə də həyat boyu edəcəyin axmaqlığın ən böyüyü olar.Bir qadın "Sənə inanmışdım" deyirsə,ruhunu öldürdüyünü deyər.İnancı paramparça olar.İnancı dağılmış bir qadın bilirsiz sonda nə edər? Bütün dünyaya küsər və dünyaya küsmüş bir qadın ən ali sevgi ilə belə barışmaz artıq.Ona görə də küsdürməyin qadınları...🌿
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев