gündə iki dəfə olmaqla keçirilən daha çox fiziki yönümlü məşqlərdə hazırda 21 futbolçu iştirak edir.
Onlardan ikisi Bayram Budaqov və bolqar yarımmüdafiəçi Qalin İvanov baxışdadı. Yaxın günlərdə "Xəzər Lənkəran"ın seleksiyaçı-məşqçisi Mario Souzanın mövsüm boyu izlədiyi futbolçulardan daha ikisi düşərgəyə gələcək ki, bütün baxışa gələn futbolçular haqqında son qərarı baş məşqçi Oğuz Çətin verəcək.
“Xəzər Lənkəran"ın Ərzurum toplanışı qardaş ölkənin mediasının da diqqət mərkəzindədi. Artıq Türkiyənin “İhlas”, ”Anadolu Ajans”, ”Doğan Haber” kimi tanınmış agentlikləri və TRT kanalı komandanın düşərgəsində olaraq süjet hazırlayıblar. Ərzurumda yeni inşa olunan təlim-məşq bazasına ilk olaraq “Xəzər Lənkəran”ının gəlişi xüsusi olaraq qabardılır. Komanda iyul ayının 6-na qədər Ərzurum toplanışını davam etdirib və daha sonra ikinci hazırlıq dönəmi üçün Sloveniyaya yola düşəcək.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев