Предыдущая публикация
Mənsiz ömrün necə keçər görəsən? Kaş ki, o gününə baxa biləydim. Mənsiz arzulara çatarsanmı heç, Qəlbində rahatlıq taparsanmı heç. Bir gün xəyalıma yatarsanmı heç? Kaş ki, o gününə baxa biləydim. Özgə bir ürəyə satmadım səni, Aci kədərimə qatmadım səni. Necə yaşadarsan mənsiz-sən məni? Kaş ki, o gününə baxa biləydim. Can getsə də ruhum sənlə qalacaq, Öz təmiz eşqinə lal tək baxacaq. Sevinclə-qəminə şahid olacaq,Mensiz ömrünə baxa biləydim!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев