Предыдущая публикация
Qəşş edib sevincdən bayılan gözəl,
Tələsmə, astaca dər bənövşəni.
Soguqdan titrəyir barmaqlarında,
Toplayıb eyvana sər bənövşəni,
Qoyma ki, üşüyə, soyuqdan sola,
Qıyma ləçəkləri pərişan ola,
Yazın nəfəsiylə çıxıbdır yola,
Qarşıla qonaqtək tər bənövşəni.
Kolların dibində perik olubdur, Bükübdür boynunu gözü dolubdur,
Sənin sevincinə şərik olubdur,
Peşiman eyləmə gəl bənövşəni,
Bu bahar son qismət gətirib sənə,
Özünü tələsik yetirib sənə,
Bəxtinə bir elçi gələndə, yenə
Taxarsan yaxana zər, bənövşəni.
Nazim Qocamanı, şair
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев